525.Az

Mətbuat Şurası sədrinin təklifi dəstəkləndi


 

Mətbuat Şurası sədrinin təklifi dəstəkləndi<b style="color:red"></b>

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov söz, mətbuat azadlığı ilə bağlı qanunlara dəyişikliklərin parlamentin İnsan hüquqları komitəsində müzakirə olunması təklifi ilə çıxış edib.

Millət vəkili məlum təklifini adıçəkilən komitənin mayın 25-də keçirilən iclasında səsləndirib.
 
O bildirib ki, söz, mətbuat azadlığı, informasiya, məlumat əldə etmə ilə  bağlı qanunvericiliyə dəyişikliklər edilməsi yönündə parlamentin İnsan hüquqları komitəsinin ayrıca iclaslarının keçirilməsinə, dinləmələrin təşkilinə ehtiyac var:

"Çünki bu tipli məsələlər məhz bu komitədə müzakirə olunmalıdır".

Sözügedən komitənin sədri Bahar Muradova da millət vəkilinin təklifini dəstəkləyib.
 
Komitə sədri istər adıçəkilən məsələləri, istərsə bütövlükdə insan hüquq və azadlıqları ilə bağlı məsələləri əhatə edən qanunvericilik aktlarına dəyişikliklərin, yeni qanun layihələrinin İnsan hüquqları komitəsində də müzakirə olunduğunu və onlara baxıldığını xatırladıb.

"Əgər bundan sonra da bu yöndə məsələlər bizim komitəyə ünvanlanacaqsa, təbii ki, onlara da baxılacaq, müzakirələrdən keçiriləcək. Bu məsələdə heç bir problem görmürəm" - deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





26.05.2016    çap et  çap et