525.Az

“Skal İnernational Baku” ziyafət-toplantısı keçirəcək


 

“Skal İnernational Baku”  ziyafət-toplantısı keçirəcək<b style="color:red"></b>

Sabah  “Şafran” mehmanxanasında “Skal İnernational Baku” Turizm Proffesionalları Assosiasiyasının (www.skal.az , www.skal.org ) 13-cü ziyafət-toplantısı keçiriləcək.

Toplantıda "Skal İnternational Baku" Klubunun prezidenti Ruslan Quliyevin və "Ekostil Azərbaycan" ictimai birliyinin sədri, dosent Elman Yusifovun çıxışı nəzərdə tutulub.

Ruslan Quliyevin 525.az-a verdiyi məlumata görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən mehmanxanalar və turizm şirkətləri arasında mövcud olan əməkdaşlıq imkanları, problemlər, qiymət siyasəti, Azərbaycanın ekoturizm problemləri müzakirə olunacaq.

Saat 18:30-da başlayacaq tədbirin gündəliyinə əsasən, Tempus layihəsi haqqında məlumat veriləcək, “Skal International Baku”nun yeni uzvlərinə sertifikatlar təqdim olunacaq, “Skal İnternational Baku” və MQF forumu arasında əməkdaşlıq memorandumu imzalanacaq. Quliyevin sözlərinə görə, eyni zamanda “Şafran” mehmanxanasının da təqdimatı keçiriləcək. Rəsmi hissənin bağlanışından sonra qonaqlara şam yeməyi veriləcək.

Ünvan:
12/14, Nigar Rafibeyli str.
Baku, AZ1001, Azerbaijan
Tel:  +994 12 497 54 00 ( ext. 12 )
Fax: +994 12 493 36 73
Mob: +99455/55/70 312 39 82
Call Center: *5050
Skype: m-tour

www.millenniumtour.az
www.ciu.edu.az
www.medicalpark.com.tr

 





19.02.2013    çap et  çap et