525.Az

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan qadın öldü


 

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan qadın öldü<b style="color:red"></b> Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.
 
Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun  Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.
 
Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki, aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib.
 





27.05.2016    çap et  çap et