525.Az

Xızıdakı qəzada xəsarət alanlardan biri komadadır


 

Xızıdakı qəzada xəsarət alanlardan biri komadadır<b style="color:red"></b> Xızıda avtobusun aşması nəticəsində xəsarət alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilən 2 nəfərdən biri uşaqdır.
 
Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya açıqlamasında deyib ki, 2005-ci il təvəllüdlü  Nigar Kazımlının vəziyyəti nisbətən ağırdır.
 
Onun sözlərinə görə, digər xəsarət alan, 1964-cü il təvəllüdlü İndira Mollayeva körpücük sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya gətirilib və travması o qədər də ağır deyil: “Hazırda onların hər ikisi reanimasiyadadır. Nigar Kazımlının vəziyyəti nisbətən orta-ağırdır”.
 
Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev  hadisə baş verəndən sonra xəstəxanaya 8 xəsarət almış şəxsin gətirildiyini deyib.

Onun sözlərinə görə, xəsarət alanlardan biri dünyasını dəyişib, 1 nəfərin stasionar müalicəyə ehtiyacı olmayıb. Digər 1 nəfər isə ilkin tibbi yardım aldıqdan sonra özü gedib:
 
“Hazırda xəstəxanada 5 nəfərin müalicəsi aparılır. Onlardan birinin - Talıbov Vaqif İlyas oğlunun vəziyyəti ağırdır, komadadır".
 
Qeyd edək ki, ötən gün Xızı rayonu ərazisində “Hyundai” markalı mikroavtobus aşıb. Qəza nəticəsində 3 nəfər ölü, 21 nəfər xəsarət alıb.
 





30.05.2016    çap et  çap et