525.Az

Ramin Musayev: "Xəzər Lənkəran”ı qəbul etməyə hazırıq"


 

Ramin Musayev: "Xəzər Lənkəran”ı qəbul etməyə hazırıq"<b style="color:red"></b>

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Xəzər Lənkəran”ın fəaliyyətinin dayandırmasına münasibətini bildirib.

525.az-ın sportnet.az-a  istinadən yaydığı xəbərə görə, PFL rəhbəri bununla bağlı "Xəzər TV”də "Futbol proqramı” verilişində mövqeyini açıqlayıb.

R.Musayevin fikrincə, problem maddi sarıdan olmayıb:

"Sadəcə, klubun sahibi Mübariz Mənsimov incidi. Çünki bu qədər əziyyət çəkdi, ancaq heç nəyə ola bilmədi. Deyərəm ki, Mübariz müəllim müfsiləşdi, yox. Nəyi var, özünə qismət. Biz heç kəsin pulunu saymırıq. Mənsimovun pulu var. Yəqin ki, onu küsdürdülər”.

PFL prezidenti "ağ-yaşıllar”ın Premyer Liqada çıxışını davam etdirəcəyini istisna etmir: "Bilmək olmaz. Sabah fikrini dəyişdi, dedi qayıdıram. Biz də "Xəzər Lənkəran”ı qəbul etməyə hazırıq. Niyə də yox? 12 komandamız olar. Birinci diviziondan 1 yox, 2 komanda gələr. Heç bir problem yoxdur. Əksinə, "Xəzər Lənkəran”ı çıxış edəcəyinə sevinərik. Yəqin ki, bütün futbolsevərlər məndən razı qalarlar. "Çünki "Xəzər Lənkəran” yarandığı vaxtdan çempionata marağı artırıb”.

 





31.05.2016    çap et  çap et