525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1950-ci il. BMT Baş Məclisi tərəfindən keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Bu gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycanda əhalinin təxminən 30 faizini uşaqlar təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə gənclərin təxminən 95 faizi təhsil alır.

1926-cı il. XX əsrin ən məşhur kino ulduzlarından biri, amerikalı aktrisa, müğənni və model Merilin Monro anadan olub (1926-1962).

Əsl adı Norma Cin Mortenson olan aktrisa karyerasının əvvəlində kiçik rollarda özünü göstərdikdən sonra “Centlmenlər sarışınları üstün tutur”, “Milyonerə necə ərə getməli” və digər filmlərdə göstərdiyi komediya bacarığı, cazibəsi və ekrandakı görünüşü sayəsində 1950-ci və 1960-cı illərin əvvəllərində ən populyar kino ulduzlarından birinə çevrilib.

1980-ci il. ABŞ-ın media maqnatlarından olan Ted Törnerin əsasını qoyduğu nüfuzlu CNN (Cable News Network) telekanalı yayıma başlayıb.

1990-cı il. Dünyanın iki super dövləti – ABŞ-ın və SSRİ-nin liderləri Corc Buş (ata) və Mixail Qorbaçov kimyəvi silahların istehsalının dayandırılması barədə müqavilə imzalayıblar.

 





01.06.2016    çap et  çap et