525.Az

Fikrət Qoca Dövlət Mükafatına layiq görüldü


 

Fikrət Qoca Dövlət Mükafatına layiq görüldü<b style="color:red"></b>

Prezident İlham Əliyev 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatlarına layiq görülənlər sırasında Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi, Xalq şairi Fikrət Qoca da var.

Şair "Seçilmiş əsərləri" oncildlik kitabına görə Ədəbiyyat üzrə Dövlət Mükafatına layiq görülüb.

Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda yüksək mükafat prezident İlham Əliyev tərəfindən Fikrət Qocaya təqdim edilib.

 





01.06.2016    çap et  çap et