525.Az

Əmanətçilər “DəmirBank”dan pullarını tələb edirlər


 

“ŞƏHİD AİLƏLƏRİNİN POZULMUŞ HÜQUQLARI “DƏMİRBANK” RƏHBƏRLİYİ TƏRƏFİNDƏN BƏRPA OLUNANADƏK MÜBARİZƏMİZİ DAVAM EDƏCƏYİK”

Əmanətçilər “DəmirBank”dan pullarını tələb edirlər<b style="color:red"></b>

Bir neçə gün öncə “DəmirBank”ın öz əmanətçilərinə qarşı törətdiyi saxtakarlıq əməlləri ilə bağlı məlumat vermişdik. İndi isə bu məsələ ilə bağlı yeni faktlar üzə çıxıb.

Məlum olub ki, “DəmirBank”ın milyonlarla vəsaitini geri qaytarmadığı əmanətçilər arasında Azərbaycanın azadlığı, müstəqilliyi yolunda ömrünü fəda etmiş görkəmli şəxsiyyət, xalq şairimiz Xəlil Rza Ulutürk, Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin qardaşının ailə üzvləri də var.

Aparılan jurnalist araşdırmaları zamanı məlum olub ki, bu ailələrdən olan 7 nəfər əmanətçi artıq müddəti başa çatmış müqavilələrə əsasən bir neçə dəfə rəsmi müraciət etmələrinə baxmayaraq 5 aydır “DəmirBank”dan (Bayıl filialı və baş ofisi) pullarını geri ala bilmirlər.

Yaranmış problemlə bağlı Qarabağ qaziləri və şəhid ailələri də hiddətləniblər. “Qaziler.az” internet saytında bu hiddəti əks etdirən yazılar verilib: «Biz Qarabağ qaziləri olaraq heç bir bəhanə qəbul etmədən “DəmirBank” rəhbərliyindən təcili olaraq bu biabırçılığı aradan qaldırmağı tələb edirik. Biz Vətənimiz üçün cəbhələrdə canımızı fəda edərkən siz “əziz” balalarınızla yağ içində böyrək kimi yaşayaraq belə çirkin əməllərinizlə milyonlarla vəsaitə sahib olmusunuz. Bu, bəs deyilmiş kimi bu gün də bu işi davam etdirirsiniz. Bu, bağışlanılmazdır. Biz bank rəhbərliyinə bir şans vermək naminə hələlik adları açıqlamırıq. Ancaq tələbimiz bir-iki gün içində yerinə yetirilməsə, şəhid və Milli Qəhrəman ailələrinin, onların yaxınlarının illərlə qəpik-qəpik yığdığı pullar geri qaytarılmasa, Qarabağ müharibəsinin qaziləri, əlilləri ayağa qalxaraq əlimizdə olan bütün dəlilləri açacaq və pulların geri qaytarılması üçün qanun çərçivəsində bütün gücümüzdən istifadə edəcək, şəhid ailələrinin pozulmuş hüquqları “DəmirBank” rəhbərliyi tərəfindən bərpa olunanadək mübarizəmizi davam edəcəyik».

Qeyd edək ki, mətbuata açıqlanan bu faktlar təkcə şəhid ailələrini deyil, həm də bu gün orduda xidmət edən əsgərlərimizin ailələrini də narahat etməyə başlayıb. Şikayətçi bildirib ki, biz hələ də şəhidlər veririk, övladlarımız qazi olurlar: “Bu gün dövlətimizin, hörmətli Prezidentimizin siyasətinə birbaşa xəyanət edərək bu ictimai narazılıqları yaradan “DəmirBank” Müşahidə Şurasının sədri Rəhman Hacıyev, onun kürəkəni – Sumqayıt şəhərinin keçmiş icra başçısı Şakir Abışovun oğlu, bankın İdarə heyətinin sədri Fərid Abışov, “Bayıl” filialının müdiri Fərəh Rəşadətli, müxtəlif vaxtlarda “Bayıl” filialını yoxlayan, lazım gəldikdə müdiri əvəz edən, bu işlərlə birbaşa əlaqəsi olan Oqtay Şirinov və uzun müddətdir ki, guya bu məsələləri araşdıran Baş direktor Oqtay Əliyev, bankın adlarını bu dəfə də açıqlamadığımız yuxarıda əyləşmiş havadarları nə fikirləşirlər? Bəlkə bu, onlar, ya da Bankın xaricdə olan səhmdarlarının Azərbaycan əsgərlərinin son zamanlarda ermənilər üzərində qazandıqları böyük qələbələrə olan hikkələridir? Bəlkə bu ictimai narazılıqları yaratmaq tamam başqa qüvvələrin sifarişidir? Hazırkı zamanda bu kimlərin dəyirmanına su tökməkdir?

Onlarla vətəndaşın “DəmirBank”ın saytına yazdığı açıqlamaları və elektron media saytlarının ilk yazını saytlarında verməmiş banka ünvanlandırılan xəbərdarlıq elektron məktubu heç kəs oxumasın deyə həmən bloka salan, iki dəfə qapısına qədər gedən jurnalistləri müxtəlif bəhanələrlə qəbul etməyən “DəmirBank” rəhbərləri və onların yuxarıda oturan havadarları yaxşı bilməlidirlər ki, Azərbaycan qanunların şah olduğu demokratik bir ölkədir”.

Şikayətçi əlavə edib ki, “DəmirBank” rəhbərləri bu problemi həll edib ən yaxın günlərdə əmanətçilərin pullarını geri qaytarmsa, mətbuata yeni sensasion açıqlamalar veriləcək.

CEYHUN

 





01.06.2016    çap et  çap et