Bakı şəhəri, Qaradağ rayonunda “Binə” ticarət mərkəzinin ərazisində yanğın baş verib.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:58 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.
çap et