525.Az

Türkiyəli futbolçu rəsmən "İnter"də


 

Türkiyəli futbolçu rəsmən "İnter"də<b style="color:red"></b>

"Fənərbaxça"nın müdafiəçisi Caner Erkinin yeni klubu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, türkiyəli futbolçu yeni mövsümdən İtaliya "İnter"inin şərəfini qoruyacaq.

Milan təmsilçisinin rəsmi saytı 27 yaşlı futbolçunu transfer etdiklərini rəsmən açıqlayıb. Türkiyə millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2010-2016-cı illərdə "Fənərbaxça"da çıxış edən Caner keçirdiyi 157 oyunda 9 qol vurub.

 





01.06.2016    çap et  çap et