525.Az

Gülər Əhmədovanın apellyasiya şikayəti təmin olunmadı


 

Gülər Əhmədovanın apellyasiya şikayəti təmin olunmadı<b style="color:red"></b>

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbiri haqqında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya vəkili Eldar Qədimi məlumat verib. E. Qədimi apellyasiya şikayətinin təmin olunmadığını bildirib. 
 
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan isə apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması istənilib.

 





20.02.2013    çap et  çap et