525.Az

Azərbaycanlı jurnalistlər Türkiyədə


 

Azərbaycanlı jurnalistlər Türkiyədə<b style="color:red"></b>

Türkiyənin Egey bölgəsinin turizm potensialının Azərbaycana tanıdılması məqsədilə bu ölkənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə jurnalistlər və turizm təşkilatlarının nümayəndələri 10 günlük Türkiyədə səfərdə olublar.

Onlar bölgənin mədəniyyət, turizm və istirahət-sağlamlıq mərkəzi olan İzmir şəhəri ilə ətraflı tanışlıqdan sonra Aralıq dənizi sahillərinin incisi sayılan Marmaris şəhərinə gəliblər.

Səfərin ilk günündə Azərbaycandan gələn qonaqları qəbul edən Marmaris Şəhər Bələdiyyəsinin sədri Əli Acar bölgənin turizm imkanları ilə ətraflı tanış olmaq üçün qonaqlara hər cür şərait yaradıldığını bildirib.

Marmarisin turizm şəbəkəsi ilə tanışlıq çərçivəsində şəhərin turizm-otelçilik biznesi sahəsində fəaliyyət göstərən obyektlərinin rəhbərləri və təmsilçiləri ilə görüşdə hər iki ölkənin səyahətçilərinin qarşılıqlı yönləndirilməsi ilə bağlı həllini gözləyən məsələlər diqqət mərkəzində olub.

Qonaqların məramını yüksək dəyərləndirən Marmaris bələdiyyə sədrinin köməkçisi Sedat Kirt şəhərin turizm üstünlüklərini azərbaycanlılar üçün maraqlı edən dəniz, meşə, tarixi yerlər, yüksək rahatlıq, dil, din, mədəniyyət ortaqlığı, turistlərin milli-etnik rəngarəngliyi, sərfəli şərtlər kimi amillərin əlverişli imkanlar yaratdığını deyib, səmərəli tanıtma işi aparılmasında medianın və turizm menecmentliyinin rolunu vurğulayıb.

Marmariş Turizm Otelçiləri Birliyinin sədri Bülənt Bülbüloğlu qeyd edibki, qrupun səfərinin davamı olaraq hər iki ölkənin turizm imkanlarının geniş tanıdılması ilə bağlı ardıcıl, çoxyönlü iş aparılmasına ehtiyac var.

Daha sonra tədbir diskussiya şəklində davam etdirilib.

 





02.06.2016    çap et  çap et