525.Az

“Son bir ildə 459 məhbus əfv olunub”


 

“Son bir ildə 459 məhbus əfv olunub”<b style="color:red"></b>

İnsan haqları üzrə Birgə İşçi Qrupun iyunun 1-də növbəti iclası keçirilib.

Birgə İşçi Qrupun həmsədri Səməd Seyidov isə adıçəkilən qrupun sonuncu iclasının ötən ilin dekabrın sonlarında keçirildiyini xatırladıb.

Onun sözlərinə görə, həmin iclas öz-özlüyündə çox vacib və əhəmiyyətli iclas idi: "Çünki həmin iclasdan cəmi bir neçə gün sonra ölkə başçısı növbəti əfv fərmanı imzaladı. Onu da deyim ki, Birgə İşçi Qrupun addımları, xüsusilə, buradakı qeyri-dövlət təşkilatlarının nümayəndələrinin ölkə prezidentinə müraciətləri dövlət qurumları tərəfindəın ciddi təhlil olunur, nəzərə alınır və nəhayət, dövlət başçısının imzaladığı fərmanlarda əksini tapır".

S.Seyidovun dediyinə görə, heç təsadüfi deyil ki, ölkə başçısının 2015-ci ilin 18 mart tarixində verdiyi əfv fərmanı ilə 101, 28 dekabr fərmanı ilə  210 və 17 mart 2016-cı ilə fərmanı ilə 148 məhbus azadlığa buraxılıb. "Üst-üstə götürdükdə 459 məhbus azadlığına qovuşub. Şəxsən Birgə İşçi Qrupun həmsədri kimi mən öz və qrupumuzun adından buradakı qeyri-dövlət təşkilatlarının nümayəndələrinə səmərəli fəaliyyətlərinə görə minnətdarlığımı bildirirəm. Biz hesab edirik ki,  Birgə İşç Qrup həddindən artıq vacib və əhəmiyyətli işlərlə məşğuldur. Təsadüfi deyil ki, bəzi qüvvələr çalışırdılar qrupun işinə kölgə salsınlar, hətta, onun fəaliyyətini dayandırsınlar. Ancaq bu mümkün olmadı, bütün cəhdlər uğursuz oldu. Çünki insan hüquqları ümumbəşəri məsələdir, Azərbaycan da hüquqi dövlətdir. Yəni, hüquqi dövlət kimi Azərbaycan da  hər zaman insan hüquqları məsələsinə ciddi yanaşıb və bundan sonra da belə olacaq. Ona görə  Birgə İşçi Qrupun bundan sonra da öz fəaliyyətini davam etdirməsinə ehtiyac var. Bu qrupun fəaliyyəti əvəzolunmazdır"- deyə, S. Seyidov sonra bildirib.

Prezident Administrasiyası (PA) hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov isə bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə hökumət arasında dialoq çox yaxşı, səmərəli, açıq-aşkar şəkildə aparılır. Ç.Əsgərov deyib ki, MM-də keçirilən ictimai dinləmələrdə, komitələrin iclaslarında, konfranslarda, seminarlarda, dəyirmi masalarda həmişə qeyri-hökumət təşkilatlarının nümayəndələri fəal iştirak edirlər və onların dəyərli rəyləri nəzərə alınır: "İşçi Qrupunda müzakirə olunan məsələlər də nəzərə alınır və lazımi qaydada təqdim olunur. Cənab Prezident İlham Əliyevin son bir neçə əfv barədə qərarlarında məhz bu İşçi Qrupunda müzakirə olunan məsələlər öz əksini tapıb və buna görə də hesab edirəm ki, İşçi Qrupunun fəaliyyəti çox səmərəlidir və faydalıdır".

Birgə İşçi Qrupun üzvü Sahib Məmmədov da öz növbəsində  bildirib ki, qrupun son iclası ötən ilin dekabrında olsa da, iclaslararası dövrdə də xeyli işlər görülüb,  müzakirələr, məsləhətləşmələr aparılıb.

Sonra iclas media nümayəndələrinin iştirakı olmadan davam etdirilib.

Kamil HƏMZƏOĞLU

 





02.06.2016    çap et  çap et