525.Az

İsko "Real"dan gedəcəkmi?


 

İsko "Real"dan gedəcəkmi? <b style="color:red"></b>

"Real"ın yarımmüdafiəçisi İskonun klubdakı gələcək taleyinə aydınlıq gəlib.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu növbəti mövsümdə də Madrid təmsilçisində oynayacaq.

Bu barədə açıqlama verən "Real"ın baş məşqçisi Zinəddin Zidan deyib: "İsko "Real"ın futbolçusudur və heç yerə getmir. Yayda edəcəyimiz transferlərə gəlincə, mövsümü yeni başa çatıb. Hələ ki, transferlərə ayırmağa vaxtımız olmayıb. Qarşıdakı günlərdə bu barədə düşünəcəyik".

Qeyd edək ki, 2013-cü ildə "Malaqa"dan "Real"a transfer olunan İsko keçirdiyi 149 oyunda 22 qol vurub.

 





02.06.2016    çap et  çap et