525.Az

"Azərbaycanla oyun bizim üçün yaxşı sınaq olacaq"


 

"Azərbaycanla oyun bizim üçün yaxşı sınaq olacaq"<b style="color:red"></b>

"Avstriyada yoldaşlıq oyunları çərçivəsində Azərbaycan və Özbəkistanla qarşılaşacağıq. Düşünürəm ki, hər iki görüş bizim üçün yaxşı sınaq olacaq".

Qol.az-ın məlumatına görə, bu sözləri Kanada millisinin baş məşqçisi Benito Floro sabah millimizlə qarşılaşacaqları yoldaşlıq görüşü barədə danışarkən deyib.

Kanada mətbuatına danışan Floro Avstriyadakı təlim-məşq toplanışının komandası üçün faydalı olacağını bildirib:

"Avropadakı toplanış bizim üçün çox əhəmiyyətlidir. Çünki bu bizə oyun praktikası qazanmaq və yeni taktiki sxemləri sınaqdan keçirmək imkanı verir. Hər təlim-məşq toplanışında futbolçularım yeni nəsə öyrənir ki, bu da oyunlar zamanı onlara kömək olur".

Qeyd edək ki, sabah millimizlə qarşılaşacaq Kanada yığması 4 gün sonra Özbəkistanla üz-üzə gələcək.

 





02.06.2016    çap et  çap et