525.Az

İnfantino barəsində işin başlanılması xəbəri təkzib edildi


 

İnfantino barəsində işin başlanılması xəbəri təkzib edildi<b style="color:red"></b> FİFA-nın Etika Komitəsi təşkilatın prezidenti Canni İnfantino barəsində hələlik heç bir işə başlamayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Sky Sports”un jurnalisti Kave Solxekol bildirib.
 
“FİFA-nın Etika Komitəsindən bildiriblər ki,  Canni İnfantino barəsində hələlik heç bir işə başlanılmayıb”, - deyə Solxekol bildirib. 
 
Bundan əvvəl yayılan məlumatda bildirilmişdi ki,  FİFA-nın Etika üzrə Müstəqil Komitəsi təşkilatın prezidenti Canni İnfantinonu 90 gün müddətinə vəzifəsindən kənarlaşdıra bilər.
 
Bu barədə Almaniyanın “Die Welt” nəşrinin müxbiri Tim Ren əldə etdiyi FİFA məmurlarının elektron yazışmalarına əsaslanaraq  bildirib.
 
Onun sözlərinə görə, mümkün sanksiyalara səbəb FİFA Şurasının iclasının protokolunun (stenoqrammasının) silinməsi olub.
 
Məlumata görə, stenoqrammanın silinməsinə dair göstəriş Canni İnfantino tərəfindən verilib. 
 
Həmin iclasda, həmçinin, FİFA-nın audit və qaydalara riayət komissiyasının sədri Domeniko Skalanın vəzifəsindən kənarlaşdırılmasının mümkünlüyü müzakirə edilib. 
 
“Die Welt” qeyd edib ki, Canni İnfantino həmçinin təşkilatın vəsaitlərini israf etməkdə günahlandırılır.
 





03.06.2016    çap et  çap et