525.Az

Cəbhə xəttində gərginlik artır


 

Cəbhə xəttində gərginlik artır<b style="color:red"></b> Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub.
 

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 





03.06.2016    çap et  çap et