525.Az

Millimiz yenə Makedoniyaya uduzdu


 

Millimiz yenə Makedoniyaya uduzdu<b style="color:red"></b>

Makedoniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoldaşlıq oyunu keçirib.

Qol.az-ın məlumatına görə, yığmamız Makedoniyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Oyunda hesabı komandamız açıb. Fərid Nəbiyev 10-cu dəqiqədə rəqib qapısına yol tapıb. Lakin daha sonra qapısında iki top görən millimiz görüşdən məğlub ayrılıb - 1:2.

Xatırladaq ki, toplanış müddətində bu komandalar arasında ilk yoldaşlıq oyunu iyunun 1-də keçirilib. Bu matçda millimiz 0:2 hesabı ilə uduzub.

3 iyun

12:30. Makedoniya - Azərbaycan - 2:1
Qol
: Fərid Nəbiyev, 10 (0:1)

 





03.06.2016    çap et  çap et