525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1963-cü il. Tanınmış türk şairi Nazim Hikmət vəfat edib (1902-1963).

Nazim Hikmət və ya Nazim Hikmət Ran Beynəlxalq Sülh Mükafatı laureatı, türk inqilabi poeziyasının banisidir.

O, çoxlu sayda şeirlərin, “Qan danışmaz”, “Yaşıl almalar”, “Yaşamaq gözəldir, qardaşım” kimi romanların müəllifidir. 

1785-ci il. Fransalı ixtiraçı Fransua Blanşar ilk paraşütü nümayiş etdirib.

Paraşütün ilk eskizi 1483-cü ildə italyan rəssam Leonardo da Vinçi tərəfindən çəkilib.

1965-ci il. Amerika astronavtı Edvard Uayt açıq kosmosa çıxıb. Bununla o, açıq kosmosa çıxan ilk amerikalı kimi tarixə düşüb. Dünyada isə sovet kosmonavtı Aleksey Leonovdan sonra ikinci olub.

 





03.06.2016    çap et  çap et