525.Az

“Cənub Qaz Dəhlizi layihəsi bölgəyə sabitlik gətirəcək”


 

“Cənub Qaz Dəhlizi layihəsi bölgəyə sabitlik gətirəcək”<b style="color:red"></b> “Azərbaycan və Türkiyə birgə böyük layihələr həyata keçirir. İki ölkə TANAP-la bağlı məsuliyyəti üzərinə götürməsəydi, bu gün də enerji məsələsi müzakirə mövzusu idi. İndi 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi icra edilir”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi bölgəyə sabitlik gətirəcək:
 
“Həyata keçirdiyimiz birgə layihələr həm bizi, həm də bölgəni gücləndirir. Biz birliyimizi gücləndirəcəyik. Türkiyənin gücü bizim gücümüzdür, birliyimizi gücləndirəcəyik”.
 





03.06.2016    çap et  çap et