525.Az

“TAP və TANAP enerji təhlükəsizliyində böyük rol oynayır”


 

“TAP və TANAP enerji təhlükəsizliyində böyük rol oynayır”<b style="color:red"></b> “TAP və TANAP enerji təhlükəsizliyində böyük rol oynayır. İnşallah, 2018-ci ilin əvvəlində TANAP tamamlanacaq, Türkiyə və Avropa ölkələrinin qaz ehtiyaclarının ödənilməsində mühüm addım atılmış olacaq”.
 
APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
 
Baş nazir bildirib ki, avqustun 26-da Sultan Səlim Yavuz körpüsünün açılışı olacaq:

“Açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edirəm. Sizin bu mərasimdə iştirakınız bizim üçün böyük şərəfdir”.
 





03.06.2016    çap et  çap et