525.Az

"Avro-2016"da qrup üçüncüsü qrupdan necə çıxar?


 

"Avro-2016"da qrup üçüncüsü qrupdan necə çıxar?<b style="color:red"></b>

Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının startına az qalır.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, ilk dəfə 24 komandanın iştirakı ilə keçiriləcək turnirdə qrup üçüncülərinin də 1/16 finala yüksəlmək şansı olacaq.

Yeni formatda keçiriləcək Avropa çempionatında yığma komandalar 6 qrupda mübarizə aparacaq və ilk iki pillənin sahibləri birbaşa olaraq 1/16 finala vəsiqə qazanacaq.

Ən yaxşı 4 qrup üçüncüsü də 1/16 finalda oynamaq hüququ əldə edəcək. Növbəti mərhələyə adlayan qrup üçüncüləri A,B,C və ya D qruplarının liderləri ilə qarşılaşacaq.

Altı qrupu üçüncü pillədə başa vuran komandalar arasından ən yaxşı 4 yığma seçilərkən aşağıdakı göstəricilərə diqqət yetiriləcək:

1. Ən yüksək xal toplayan komanda

2. Ən yaxşı top fərqi

3. Vurulan qolların sayı

4. Turnirdəki fair-play göstəricisi

5. Bu göstəricilərin müqabilində də bərabərlik qeydə alınarsa, o zaman ölkələrin UEFA reytinqindəki mövqeyi əsas götürüləcək.

 





03.06.2016    çap et  çap et