525.Az

Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib


 

Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib<b style="color:red"></b>

Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, ofisdəki sənədlər və elektron məlumatlar müsadirə olunub.

İsveçrə məhkəməsinin qərarına əsasən həyata keçirilən əməliyyatın FİFA-nın sabiq prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Valke ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, FİFA-nın Etika Komitəsi rüşvət almaları ilə bağlı Blatteri 6, Valkeni isə 12 il müddətinə futbol müsabiqələrində fəaliyyətdən kənarlaşdırıb.

 





03.06.2016    çap et  çap et