525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2008-ci il. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda “Duzdağ” Fizioterapiya Mərkəzi açılıb.

Mərkəzin açılışında Prezident İlham Əliyev iştirak edib.

1926-cı il. Azərbaycanın Əməkdar artisti Fatma Mehrəliyevanın doğum günü (1926-2000).

Onun Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxil edilib. "Arşın mal alan" filmində Telli rolunu canlandırıb. Bir çox Azərbaycan muğamlarını məharətlə oxuyan F.Mehrəliyeva “Kəsmə şikəstə"nin əvəzsiz ifaçısı kimi tanınır.

1916-cı il. Yəhudi əsilli Amerika alimi Robert Furxqottinin doğum günü (1916-2009).

O, 1998-ci ildə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Fərid Murad və Lui İqnarro ilə birgə Nobel mükafatına layiq görülüb.

1794-cü il. Britaniya qüvvələri Haitinin indiki paytaxtı Port-o-Prinsi ələ keçirib.

 





04.06.2016    çap et  çap et