525.Az

Tanınmış rus şairinin kitabı hərracda 600 min rubla satılıb


 

Tanınmış rus şairinin kitabı hərracda 600 min rubla satılıb<b style="color:red"></b>

Tanınmış rus şairi Vladimir Mayakovskinin şeirlər kitabı hərracda 600 min rubla (13 min manat) satılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, auksiona şairin 1929-cu ildə çapdan çıxmış kitabı çıxarılıb.

İlkin qiyməti 130 min rubl olan kitabı əldə etmək istəyənlərin arasında gedən rəqabət nəticəsində 600 min rubla satılıb.

Bundan başqa, hərracda Boris Pasternakın 1926-cı ildə nəşr edilən "Karusel" kitabı 300 min rubla, Korney Çukovskinin "Telefon" kitabı isə 140 min rubla satılıb.

 





04.06.2016    çap et  çap et