Tovuzun cəbhə zonasında yerləşən Əlibəyli kəndinə dolu yağıb.
“Report”un Qərb bürosu xəbər verir ki, sakinlərin kartof, pomidor, lobya sahələrinə ziyan dəyib.
Dolu həmçinin Tovuzun ucqar dağ kəndlərinə - Molla Ayrım, Əsrik Cırdaxan, Çataxa da zərər verib.
Kənd sakinləri dəmyə kartof sahələri məhv olduğundan bulud dağıdan topların bərpa olunmasını zəruri hesab edirlər.
çap et