525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1761-ci il. Böyük rus alimi Mixail Lomonosov apardığı tədqiqatlar zamanı Venera planetində atmosferin olduğunu aşkar edib.

1801-ci il. Portuqaliya ilə İspaniya və Fransa arasında baş verən, tarixə “Portağallar müharibəsi” adı ilə düşən müharibə sona çatıb.

Müharibə Portuqaliyanın məğlubiyyəti ilə nəticələnib və Badaxos sülh müqaviləsi imzalanıb.

1799-cu il. Dahi rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru, müasir rus ədəbiyyatının banisi Aleksandr Puşkin (1799-1837) anadan olub.

Puşkinin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1850-ci il. Alman əsilli iş adamı Levi Strauss hazırda dünyada “Levi’s” adı ilə məşhur olan ilk mavi cins geyimləri hazırlayıb.

 





06.06.2016    çap et  çap et