525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> İyunun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 17-21 dərəcə isti, gündüz 24-29 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq.
 
İyunun 7-də Azərbaycanın rayonlarında – bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 14-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
 





06.06.2016    çap et  çap et