525.Az

Bu il 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib


 

Bu il 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib<b style="color:red"></b> Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunda 2016-cı ilin ilk 4 ayında vətəndaşlardan daxil olan 129 şikayətə baxılıb.
 
Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, müraciətlərdən 32-si təkrar olub.
 
Dörd ayda sektora 502 xidməti məktub daxil olub ki, onlar da 308-i araşdırılıb və cavablandırılıb.
 
Yoxlama tədbirləri nəticəsində 11 saxta diplom aşkarlanıb, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
 





06.06.2016    çap et  çap et