525.Az

"Lukoil" xaricdə qaz hasilatını 18% artırıb


 

"Lukoil" xaricdə qaz hasilatını 18% artırıb<b style="color:red"></b> "Lukoil" şirkəti I rübdə 5,4 mlrd. kubmetr qaz hasil edib.
 
"APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 4,7% çoxdur.
 
Hesabatda qeyd edilib ki, şirkət Rusiya xaricində qaz hasilatını 17,8% artırıb. "Buna əsasən Azərbaycan və Özbəkistandakı layihələrin sayəsində nail olunub", - deyə sənəddə vurğulanır.
 





07.06.2016    çap et  çap et