525.Az

XİN İstanbuldakı terror aktında Azərbaycan vətəndaşının yaralanması faktını araşdırır


 

XİN İstanbuldakı terror aktında Azərbaycan vətəndaşının yaralanması faktını araşdırır<b style="color:red"></b> Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də verilən məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırılır.
 
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.
 
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun  Veznecilər məhəlləsində ard-arda 2 partlayış baş verib.
Hadisə nəticəsində 11 nəfərə ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.

36 nəfər yaralanıb ki, onlardan da 3 nəfərin vəziyyəti ağırdır. 

NTV kanalının məlumatına əsasən yaralananlardan biri Azərbaycan vətəndaşıdır.
 





07.06.2016    çap et  çap et