525.Az

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq


 

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq<b style="color:red"></b> Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, iyunun 7-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.
 





07.06.2016    çap et  çap et