525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> İyunun 8-də yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 16-21 dərəcə isti, gündüz 23-26 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında – bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.
 





07.06.2016    çap et  çap et