525.Az

Neftin qiyməti ötən ilin oktyabrından etibarən ilk dəfə 51 dolları ötüb


 

Neftin qiyməti ötən ilin oktyabrından etibarən ilk dəfə 51 dolları ötüb<b style="color:red"></b>

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 50,28 dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar artaraq 51,24 dollar olub.
 
Qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin oktyabrın 12-dən etibarən ilk dəfə 51 dolları ötüb.
 
Neftin bahalaşmasına səbəb dolların zəifləməsidir.

 





07.06.2016    çap et  çap et