525.Az

“Avropa İttifaqı səylərimizə böyük dəstək verir”


 

“Avropa İttifaqı səylərimizə böyük dəstək verir”<b style="color:red"></b> “Almaniya ilə Azərbaycana arasında aktiv siyasi dialoq mövcuddur”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Berlində Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, bu kimi görüşlər vacib məsələlər barədə fikir mübadiləsi aparmaq üçün geniş imkanlar açır:  “Bu gün Alman-Azərbaycan biznes forumunda iştirak etdim. Bu əməkdaşlığın regionda sülh və sabitliyə yol açacağına ümid edirəm”.
 
Azərbaycan prezidenti bildirib ki, görüşdə enerji təhlükəsizliyi məsələsi də müzakirə olunub: “Azərbaycan genişmiqyaslı enerji layihələri həyata keçirir. Avropa İttifaqı səylərimizə böyük dəstək verir. Bu baxımdan Cənubi Qaz Dəhlizi layihəsi tədarükçü kimi bizə enerji diversifikasiyası, Avropaya isə yeni qaz mənbəyi imkanı verir. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu sahədə yenidir. Layihənin həcmi  45 milyard dollardır”.
 
Prezident İlham Əliyev Angel Merkelə Azərbaycandan keçməklə, Avropa və Asiyanı birləşdirəcək nəqliyyat xətti barədə məlumat verdiyini də bildirib: “Bu nəqliyyat xətti iki qitə arasında etibarlı əlaqə quracaq. Biz bunu da ilin sonunda istifadəyə vermək niyyətindəyik”.
 





07.06.2016    çap et  çap et