525.Az

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xocalı ayına start verib (Fotolar)


 

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xocalı ayına start verib <b style="color:red">(Fotolar)</b>

Odessa  vilayət dövlət admnistrasiyası rəsmilərinin, diplomatların, türk, tatar ,yəhudi, alman, fələstin və digər xalqların diaspora təmsilçilərinin iştirak etdiyi anım mərasimində  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Anar Tahirov və birliyin Odessa vilayət  təşkilatının sədri Samirə Əliyeva  çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

525.az-ın məlumatına görə, 1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara,qadınlara qocalara və dinc  əhaliyə qarşı həyata keçirtdikləri misli görünməmiş vəhşilikləri zaman- zaman xalqıməza yönəlik soyqrım siyasətinin məntiqi davamı kimi səciyyələndiriblər .

 Mərasimə qatılanlar Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə hazırladığı ” Qarabağ tarixin burulğanında” filminə baxmaqla ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirtdikləri  soyqrım siyasəti ilə tanış olublar.

"Xocalı soyqrımında bir başa əli olan rəsmi İrəvan və onun hazırkı rəhbərliyi  beynəlxalq məhkəmə qarşısında cavab verməlidir". Filmə baxdıqdan sonra belə bir  bəyanatla çıxış edən Türkiyənin Odessa şəhərindəki baş konsulunun müavini Məlik Dəmirdaş və digər çıxış edənlər aradan 21 il ötməsinə baxmayaraq dünya birliyinin   belə bir bəşəri cinayətə hüquqi,siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Jurnalist  Valeri Bulumenkrans  isə Xocalı faciəsini dünyada baş verən ən amansız qətliamlardan biri kimi qiymətləndirərək indiyədək beynəlxalq təşkilatların belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrindən təəssüfləndiyini qeyd edib. Anım mərasimində Odessa şəhərində yaşayan azərbaycanlı gənclərin Xocalı faciəsi ilə bağlı hazirladıqları ədəbii bədii kompozisya nümayiş etdirilib .Mərasimin sonunda tədbir iştirakçıları adından Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilməsi üçün  beynəlxalq təşkilatlara müraciət qbul olunub.

 





20.02.2013    çap et  çap et