525.Az

Türkiyədəki terror nəticəsində üç nəfər həlak olub


 

Türkiyədəki terror nəticəsində üç nəfər həlak olub<b style="color:red"></b> Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 3 nəfər həlak olub.
 
APA-nın DHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11.00 radələrində baş verib.

Batman vilayəti istiqamətindən gələn yük avtomobili sürətlə Midyat polis idarəsinin həyətinə daxil olmaq istəyib.

Binanın çölündə keşik çəkən polislər bunun terror hücumu olduğunu anlayaraq atəş açıblar.

Nəticədə yük avtomobili idarənin həyətinə girmədən partlayıb. 
 
Avtomobildə təxminin 500 kq partlayıcı olduğu güman edilir.
 
Baş nazir Binəli Yıldırım terror hücumu zamanı 1 polis əməkdaşı və 2 mülki vətəndaşın həlak olduğunu bildirib.

Yaralıların sayı 30-dan çoxdur.
 





08.06.2016    çap et  çap et