525.Az

Əmir Teymurun 700 il əvvəl tikdirdiyi körpü rekonstruksiya edilib


 

Əmir Teymurun 700 il əvvəl tikdirdiyi körpü rekonstruksiya edilib<b style="color:red"></b>

Özbəkistanda böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun 700 il əvvəl ölkənin cənubunda, Böyük İpək Yolunun keçdiyi Karşi şəhərindəki Kaşkadərya çayı üzərində tikdirdiyi körpü rekonstruksiya edilib, o vaxt salınan tarixi bağ bərpa olunub.

Çayboyu sağ və sol ərazilərdə yaşıllıqlar salınıb, istirahət üçün digər infrastrukturlar yaradılıb.

Orta əsrlərdə bu ərazidən Hindistanı və İranı Avropa ilə birləşdirən karvan yolu keçib.

Macar alimi və səyahətçisi German Vamberinin yazdığına görə, 1860-cı illərdə Karşi şəhərində 10 karvansara, böyük bazar və dincəlmək üçün səfalı bağ olub.

Körpünün açılış mərasimində Özbəkistan Baş nazirinin müavini Adxam İkramov və Kaşkadərya vilayətinin hakimi Zafar Ruziev iştirak ediblər.

AzərTAc

 





08.06.2016    çap et  çap et