525.Az

Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olundu


 

Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olundu<b style="color:red"></b>

BP-nin hazırda Səngəçal terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı əməliyyatlar üzrə vitse-prezidenti təyin olunur.
 
BP-dən "APA-Economics"ə verilən məlumata görə, yeni vəzifəsində Z. Paşayev BP-nin qlobal əməliyyatlar təşkilatının, həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı əməliyyatların  təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

Z. Paşayev BP-nin digər regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək.

 





08.06.2016    çap et  çap et