525.Az

B12 vitamininin çatışmazlığı autizm və şizofreniyaya səbəb ola bilər


 

B12 vitamininin çatışmazlığı autizm və şizofreniyaya səbəb ola bilər<b style="color:red"></b>

Məlumdur ki, B12 vitamini bir neçə formada, o cümlədən metilkobalamin (MeCbl) və adenozilkobalamin (AdoCbl) formasında mövcuddur. Bəzi nutriyentlərin çatışmazlığı psixonevroloji pozuntuya – autizm və şizofreniyaya səbəb ola bilər.

AZƏRTAC “health-ua.org” saytına istinadla xəbər verir ki, Nova Cənub-Şərq Universitetinin mütəxəssislər bu nəticəyə gəliblər. Tədqiqatın nəticələri “Pharmacy Times” jurnalında yerləşdirilib.

ABŞ alimləri 43 mərhumun beynində hər iki formanın miqdarını müqayisə ediblər. Şizofreniya və autizmi olanların baş beynində B12 vitamininin anomal aşağı səviyyəsi qeydə alınıb. Alimlər aşkar ediblər ki, autizm və şizofreniya xəstələrində MeCbl və AdoCbl birləşmələrinin səviyyəsi nəzarət qrupundakı adamlardan 3 dəfə aşağı olub. Onlar bunun əsasında ehtimal ediblər ki, psixonevroloji pozuntu beynə qandan B12 vitamininin az daxil olması ilə əlaqədardır.

Məqalə müəllifləri qeyd ediblər ki, bəzi tədqiqatlar autizm xəstəliyində metilkobalaminin çox qəbul edilməsini təsdiqləyib, odur ki, bu əlavənin nə dərəcədə vacib olmasını araşdırmaq istəyiblər. Metilkobalamin B12 vitamininin aktiv formasıdır, lakin daha əlçatan olan sianokobalamin metilkobalaminə çevrilməyənədək aktiv olmur və konversiyanın pozulması problemə çevrilə bilər.

Qeyd edək ki, axır vaxtlardakı tədqiqata dair “PLoS One” jurnalında dərc edilmiş məqalədə alimlər göstəriblər ki, B12 vitamininin əlavəsi autizm kimi nevroloji xəstəlikdə faydalı ola bilər. Pəhriz əlavələri ilə yanaşı, qida rasionu da vacibdir. B12 vitaminini ət, süd məhsulları, yumurta və balıqdan əldə etmək olar.

 





08.06.2016    çap et  çap et