525.Az

Avtobuslar üçün yeni konsepsiya hazırlanır


 

Avtobuslar üçün yeni konsepsiya hazırlanır<b style="color:red"></b>

Bakı Nəqliyyat Agentliyi avtobuslar üçün yeni konsepsiya hazırlayır.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova AZƏRTAC-a bildirib.

Onun sözlərinə görə, avtobusların hər biri daşıyıcı şirkətlərə məxsusdur, daşıyıcılara nəzarət isə Bakı Nəqliyyat Agentliyinə həvalə olunub. Avtobuslar üçün nəzərdə tutulan yeni konsepsiyaya uyğun olaraq yay aylarında daşıyıcı şirkətlər qarşısında konkret tələblər qoyulacaq. Bu tələblərdən biri havaların isti keçdiyi günlərdə avtobuslarda kondisionerlərin quraşdırılması və istifadə olunmasıdır.

N.Allahyarova bildirib ki, konsepsiya hələ tam hazır deyil və bu istiqamətdə işlər görülür.

“Mayın 31-dən etibarən artıq “BakuBus” avtobuslarında kondisionerlərdən istifadə edilir. Bir neçə digər şirkətin avtobuslarında da sərinləşdirici sistem quraşdırılıb. Növbəti mərhələdə kondisioner sistemi quraşdırılmayan avtobuslarla bağlı heç bir güzəşt tətbiq olunmayacaq. Konsepsiya hazır olandan sonra onun tələbləri şirkətlər qarşısında qoyulacaq. Tələblərə əməl olunmasa daşıyıcılara qarşı sərt cəza tədbirləri tətbiq olunacaq”, - deyə N.Allahyarova vurğulayıb.

 





08.06.2016    çap et  çap et