525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1993-cü il. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya gəlib.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin (parlamentinin) sədri seçilməklə ikinci dəfə hakimiyyətə gəlib.

2011-ci il. Serbiyanın Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstü açılıb.

Azərbaycan prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak ediblər.

1989-cu il. Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov vəfat edib (1915-1989).

Rəşid Behbudov Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib. O, “Arşın mal alan” və “Bəxtiyar” filmlərində baş rollara çəkilib, Fikrət Əmirovun “Sevil” operasında Balaşın partiyasını ifa edib, Bakıda Mahnı Teatrını yaradıb.

1870-ci il. Görkəmli ingilis yazıçısı Çarlz Dikkens vəfat edib (1812-1870).
 
“Oliver Tvistin macəraları”, “Böyük ümidlər”, “Qədim əşyalar dükanı”, “Amerika qeydləri”, “Martin Çezlvit”, “Dombi və oğlu” kimi əsərlərin müəllifidir.

 





09.06.2016    çap et  çap et