525.Az

Bəzi marşrut xətləri ləğv olundu


 

Bəzi marşrut xətləri ləğv olundu<b style="color:red"></b>

Bakıda 16, 18 və 96 saylı marşrut xətləri ləğv olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, iyunun 8-də aparılan optimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyində şəhər nəqliyyatında müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib.

Görüş zamanı qanunvericilikdən irəli gələn və Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb.

N.Allahyarova qeyd edib ki, təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə iyunun 9-da 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğu üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən xətdən çıxarılıb.

"Tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək.

Əlavə olaraq qeyd edək ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək", - deyə N.Allahyarova vurğulayıb.

 





09.06.2016    çap et  çap et