525.Az

"Yunanıstanın enerji mərkəzinə çevrilməsində TAP əsas rol oynayır"


 

"Yunanıstanın enerji mərkəzinə çevrilməsində TAP əsas rol oynayır"<b style="color:red"></b> "Yunanıstanın enerji mərkəzinə çevrilməsində Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi əsas rol oynayır".
 
"APA-Economics" xəbər verir ki, bunu Yunanıstanın energetika naziri Panos Skurletis “European Energy Revie” nəşrinə müsahibəsində deyib.
 
Nazir bildirib ki, Xəzər dənizindən Avropaya təbii qaz nəql edəcək bu layihə dünya əhəmiyyətli layihədir.

"Ümumiyyətlə, Yunanıstan hökuməti enerji sektoru ilə bağlı hərtərəfli siyasət həyata keçirir. Bu siyasətin nəticəsində isə biz müsbət nəticələr əldə etmişik. İlk uğur kimi isə TAP-ın adını çəkmək olar. Çünki TAP Yunanıstanın enerji mərkəzinə çevrilməsində əsas rol oynayır", - deyə P. Skurletis qeyd edib.
 





09.06.2016    çap et  çap et