525.Az

Ağstafa məktəbliləri Bakıda - Fotoreportaj


 

“QARDAŞLAŞMIŞ MƏKTƏBLƏR” LAYİHƏSİ UĞURLA DAVAM EDİR

Ağstafa məktəbliləri Bakıda - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan Nizami rayonu 145 nömrəli tam orta məktəbin şagirdləri Ağstafalı yaşıdlarını Bakıya dəvət ediblər.

Fonddan 525.az-a verilən məlumata görə, iyunun 8-də Bakıya gələn Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri 145 nömrəli məktəblə tanış olublar, onlara məktəb haqqında ətraflı məlumat verilib.

Dəyirmi masada hər iki məktəbin şagirdləri arasında fikir mübadiləsi aparılıb, bilik yarışları keçirilib.

Sonra Multikulturalizm ilinə həsr olunmuş “Azərbaycan hamımızın vətənidir!” adlı birgə tədbir keçirilib. Tədbirdə Azərbaycanda yaşayan xalqların həyat və məişətinə, folkloruna və mədəniyyətinə aid məktəblilərin hazırladıqları bədii kompozisiyalar, mahnı və rəqslər nümayiş olunub. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizdəki tolerantlıq mühitindən bəhs edərək məktəblilərin hazırladıqları tədbirdə də əksini tapan milli müxtəlifliyi Azərbaycanın sərvəti kimi dəyərləndirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov məktəblər arasında yaranan bu dostluq münasibətlərinin davam etməsini yüksək qiymətləndirib və “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçılarına uğurlar arzulayıb.

Çıxış edənlər – Nizami rayonu 145 nömrəli məktəbin direktoru Laləndər Hasilova, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Sahilə Xəlilova Azərbaycanda “multikulturalizm ili”nin elan olunmasının fərqli mədəniyyətlərə hörmətlə yanaşan gənc nəslin tərbiyəsində önəmli rol oynadığını deyiblər. Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rus icmasının sədri Mixail Zabelin iştirak ediblər.

Sonra məktəblilər Bakının görməli yerlərinə və tarixi məkanlara ekskursiya ediblər.

Bilik Fondunun 2014-cü ilin sentyabrından start götürən “Qardaşlaşmış məktəblər” layihəsi artıq ölkəmizin bütün bölgələrini əhatə etməklə yanaşı, beynəlxalq arenaya da çıxıb. Layihənin məqsədi məktəblilərin biliklərini, dünyagörüşlərini, Azərbaycan barədə məlumatlarını artırmaq, məktəblilər arasında “bilik körpüsü” yaratmaqdır. Layihənin gedişində müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları qardaşlaşmış məktəblər mütəmadi olaraq qarşılıqlı səfərlər, birgə dəyirmi masalar, disputlar, müsabiqələr, bilik və idman yarışları keçirir, dostluq əlaqələrini genişləndirirlər.

 





09.06.2016    çap et  çap et