525.Az

Hakimliyə namizədlərin test imtahanı keçirilir


 

Hakimliyə namizədlərin test imtahanı keçirilir<b style="color:red"></b>

Bakı Kristal Zalının Mətbuat Mərkəzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlərin test imtahanı keçirilir.
 
APA-nın məlumatına görə, saat 12:00-da başlayan imtahan 4 saat davam edəcək.

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev bildirib ki, imtahana 806 hüquqşünas sənəd verib, onlardan 760 nəfəri imtahanda iştirak edir. O deyib ki, namizədlər ümumilikdə 70 vakant yer uğrunda mübarizə aparacaq: "Hakim vəzifəsinə vakant yerlərin sayı 35-dir. Ancaq 35 əlavə hakim ştatı var ki, Məhkəmə Hüquq Şurası tərəfindən bölünə bilər. Demək olar ki, bu gün namizədlər hakim vəzifəsi üçün 70 vakant yer uğrunda mübarizə aparır. İmtahan verənlərin 80 faizi kişi, 20 faizi isə xanımdır. Namizədlərin əksəriyyətinin yaş həddi 30-40 arasındadır".

İ. Nağıyev qeyd edib ki, namizədlərin 37 faizi məhkəmə işçisi, 12 faizi Ədliyyə Nazirliyinin əməkdaşı, 15 faizi vəkillik orqanının işçiləri, digərləri isə müxtəlif orqanlardan olan namizədlərdir.

Sual kitabçası 100 test tapşırığından ibarətdir və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. Cavab kartlarının emalı imtahan başa çatdıqdan dərhal sonra imtahan zalında həyata keçirilir və nəticələr elan edilir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

Müvəffəqiyyət əldə edən namizədlər imtahanının sonrakı mərhələsində təqdim olunmuş mövzular əsasında yazı işi yerinə yetirməlidirlər. Daha sonra namizədlərlə şifahi müsahibə həyata keçirilir və tələb olunan şərtləri ödəmiş namizədlər tədris kurslarına göndərilir.

 





09.06.2016    çap et  çap et