525.Az

Türk Hava Yollarından ermənipərəst addım


 

Türk Hava Yollarından ermənipərəst addım<b style="color:red"></b> Ermənilərin “Aqos” qəzeti Türk Hava Yolları tərəfindən pulsuz paylanacaq

Vətəninfo.az xəbər verir ki, bu gündən etibarən ermənilərin “Aqos” qəzeti Tük Hava Yolları tərəfindən sərnişinlərə pulsuz paylanılacaq. Artıq bu gündən etibarən xaricə uçan sərnişinlərə verilən qəzetlər içərisində “Aqos”un adı var. “Aqos” rəhbərliyi ilə THY arasında əldə olunan razılaşmadan sonra bu addımın atılmasına başlanılıb.

Onu da qeyd edək ki, erməni millətçilərinin qəzeti olan “Aqos”un paylanılması xəbəri türklər arsında ciddi təpkilərə səbəb olub. “Aqos” qatı türk düşməni və erməni millətçiliyini müdafiə edən bir qəzet kimi tanınır.
Qəzetdən onu da bildiriblər ki, qarşıda əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır. Qəzetin yayımının, reklamının xərclərini Türk Hava Yolları öz üzərinə götürüb.

Xatırladaq ki, “Aqos” qəzeti keçən il İstanbulda keçirilən Xocalı mitinqinə qarşı anti-kampaniya aparırdı. Hazırda Əkrəm Əylislinin məsələsində də Azərbaycan əleyhinə təbliğat aparır
 





21.02.2013    çap et  çap et