Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilati rəhbərliyi ilə iyunun 10-da, saat 10:00-da “Gənclər mütaliə edir” mövzusunda kitab sərgisi təşkil ediləcək.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, məqsəd müasir Azərbaycan oxucularını kitab və kitabxanaya cəlb etmək, gənclərin asudə vaxtlarından səmərəli istifadə etmək, narkomaniya, cinayətkarlıqdan uzaq olması, onların maariflənməsi, Azərbaycan tarixinin mədəniyyətini dərindən öyrənməsi və gənclərin vətənpərvər ruhda böyüməsində kitabların rolunu qeyd etməkdir. Yekunda sərgiyə çıxarılmış kitab və jurnallar iştrakçılara hədiyyə ediləcək.
Tədbir Nəriman Nərimanov küçəsi 107, Mikayıl Müşfiq adına parkda keçiriləcək.
Cavid QƏDİR
çap et