525.Az

Prezident Bundestaqdakı görüşləri ləğv edib


 

Prezident Bundestaqdakı görüşləri ləğv edib<b style="color:red"></b> Almaniya Bundestaqında qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev bu ölkəyə səfəri zamanı Bundestaqda nəzərdə tutulan görüşləri keçirməyib.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısı qətnamənin qəbuluna etiraz olaraq, protokoldan çıxaraq Bundestaqda əvvəldən planlaşdırılan görüşlərdən, o cümlədən Almaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvəri ilə görüşlərdən imtina edib.
 
Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri Xəlil Akınçı bildirib ki, İlham Əliyev Almaniya Bundestaqındakı görüşləri ləğv edərək, dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib.
 
“Digər tərəfdən, cənab Əliyevin bu addımı yaxın tarixdə törədilmiş və şahidlərinin hələ də həyatda olduğu Xocalı soyqırımına səssiz qalan Qərbin ikili standartına cavabdır. İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu da bir daha nümayiş etdirdi”, - deyə X. Akınçı vurğulayıb.
 





09.06.2016    çap et  çap et