525.Az

"İyunda yüksək dağlıq ərazilərə qar yağması normaldır"


 

"İyunda yüksək dağlıq ərazilərə qar yağması normaldır"<b style="color:red"></b>

"İyun ayında Böyük Qafqaz sıra dağlarının yüksək dağlıq ərazilərinə qarın yağması normal hadisədir".

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

G.Məmmədova Zaqatalaya qarın yağması ilə bağlı məlumatların düzgün olmadığını deyib.

Onun sözlərinə görə, Böyük Qafqazın dəniz səviyyəsindən 3000 metr yüksək olan dağlıq ərazilərə sulu qar və qar yağıb:

"Bu ərazilərə qarın yağması da normal prosesdir. Belə hallar əvvəlki illərin iyun aylarında da müşahidə edilib"

 





10.06.2016    çap et  çap et